“Qalatasaray” – “Beşiktaş” derbisinə PROQNOZ
05.11.2022 - 13:28
“Qalatasaray” – “Beşiktaş” derbisinə PROQNOZ

Bu gün Türkiyə Super Liqasında XIII tur davam edəcək.

Apasport.az saytının məlumatına görə, turun mərkəzi oyununda əzəli rəqiblər “Qalatasaray”la “Beşiktaş” birincilərin meydanında üz-üzə gələcək.

Futbol eksperti Merih Önal turnir cədvəlində qonşu olan və çempionluğu hədəfləyən İstanbul nəhənglərinin derbisinə öz proqnozunu verib. Onun fikrincə, o qədər də yüksək templi mübarizə olmayacaq:

Dünya çempionatı ilə əlaqədar yaranacaq fasilə öncəsi İstanbul nəhəngləri kritik matça çıxacaqlar. Okan Buruk bu görüşdə qələbə qazanaraq “Qalatasaray” azarkeşlərinin güvənini qaytarmaq istəyir. Şenol Günəş isə gəlişini hiss etdirmək fikrindədir. 

“Qalatasaray” azarkeş dəstəyinin də sayəsində ilk dəqiqələrdən pressinq futbolu göstərə bilər. Fikrimcə, “Beşiktaş” birinci hissədə ilk növbədə qapısının toxunulmazlığını qorumağı, fasilədən sonra çox adamla hücumlara çıxmağı planlaşdırır.

Matçın gedişində gah bu, gah da digər komandanın üstünlüyə yiyələnməsi sürpriz olmaz. Qələbə qazanan tərəf əlavə ruh yüksəkliyi də qazanmış olacaq. Ancaq belə görüşlərdə uduzmamaq daha vacibdir. Bu üzdən hər iki komandanın ehtiyatlı oyun ortaya qoyacağını düşünürəm.

Proqnozum: X
 

writer photo
Əlirza Əlirzalı
0