“Real”da yubiley oyunu
08.11.2022 - 11:48
“Real”da yubiley oyunu

İspaniya La Liqasının XIII turunda “Rayo Valyekano” ilə keçirilən oyun “Real”ın yarımmüdafiəçisi Marko Asensio üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, komandası 2:3 hesabı ilə məğlub olduğu matç İspaniya millisinin üzvünün yubileyi ilə yadda qalıb.

26 yaşlı hücumameyilli oyunçu “Real”ın heyətində bütün turnirlərdə 250-ci görüşünə çıxıb. Asensio bu müddət ərzində aktivinə 52 qol, 26 məhsuldar ötürmə yazdırıb. Klub rəhbərliyi onun mövsümün sonuna qədər olan müqaviləsini yeniləməkdə maraqlıdır.

Qeyd edək ki, Marko Asensio 2015-ci ildən “Real”ın formasını geyinir.

writer photo
Əlirza Əlirzalı
0