“Real”ın prezidenti: “Bütün klublar taleyi ilə bağlı öz qərarlarını verə bilər”.
22.12.2023 - 00:10
“Real”ın prezidenti: “Bütün klublar taleyi ilə bağlı öz qərarlarını verə bilər”.

“Real”ın prezidenti Florentino Peres Avropa məhkəməsinin Super Liqanın yaradılmasını əngəlləmək qərarına münasibət bildirib.

Apasport.az “Relevo”-ya istinadən xəbər verir ki, klub prezidenti məhkəmənin qərarını məmnunluqla qarşılayıb:

“Real” klubu bizim prinsiplərimizi, dəyərlərimizi və azadlıqlarımızı təmin etməkdən məsul olan Avropa İttifaqının ədalət məhkəməsinin qərarını böyük məmnunluqla qarşılayır. Məhkəmənin hökmündən sonra böyük əhəmiyyət kəsb edən iki nəticə var. Birincisi, Avropa futbolu monopoliya deyil. İkincisi, bu gündən etibarən bütün klublar taleyi ilə bağlı öz qərarlarını verə bilər”.

Dekabrın 21-də Avropa Məhkəməsi FİFA və UEFA-nın Super Liqanın yaradılmasına mane olmaq üzrə hərəkətlərini qanunsuz elan edib.

 

writer photo
Əlirza Əlirzalı
0