Üçtərəfli UDUŞ
25.01.2023 - 15:30
Üçtərəfli UDUŞ

Bukmeker kontorlarında nadir təsadüf olunan hadisə yaşanıb.

Apasport.az saytının məlumatına görə, bir müştəri eyni oyuna mərc etdiyi üç kuponun hamısında qalib gəlib.

Proqnozsevər hər üç kupona böyük məbləğ yatırıb. O, belə addıma peşman olmayıb.

Betteri İngiltərə Premyer Liqasının “Fulhem”lə  “Tottenhem” arasındakı matçı sevindirib. Müştəri öncə canlıda iki fərqli təkli mərc edib. O, 2,95 əmsala bərabər olan 2 Alt üçün 500 min rubl (12 min 300 manat) qoyub. 

Ardınca “ürəyi soyumayan” proqnozsevər 1,49 əmsallıq 3 Alt variantına 1 milyon rubl (24 min 600 manat) yatırıb. Bu azmış kimi better “İnter” – “Empoli” və “Fulhem” – “Tottenhem” matçlarına 3,5 Alt mərci edib. O, 2,37 əmsala 500 min rubl (12 min 300 manat) qoyub.

Həm “Fulhem”, həm də “İnter” öz meydanında 0:1 hesabı ilə uduzub. Nəticədə ümumilikdə 2 milyon rublla (49 min 200 manat) risk edən proqnozsevər 4 milyon 147 min 600 rubl (102 min 30,96 manat) uduşa sahib çıxıb. Bunun 2 milyon 147 min 600 rublu (52 min 830,96 manat) qazanc olub.

writer photo
Əlirza Əlirzalı
0