Beynəlxalq Şahmat Federasiyasının prezidenti Bakıya gəlib
29.06.2024 - 13:22
Beynəlxalq Şahmat Federasiyasının prezidenti Bakıya gəlib

Beynəlxalq Şahmat Federasiyasının prezidenti (FIDE) Arkadi Dvorkoviç Bakıya gəlib.

Apasport.az xəbər verir ki, ali şahmat qurumunun rəhbəri bu gün "Baku Open 2024" Beynəlxalq Şahmat Festivalının açılış mərasimində iştirak edəcək.

12 ölkədən 328 şahmatçının iştirak edəcəyi yarışın açılış mərasimi bu gün, saat 14:30-da başlayacaq.

Qeyd edək ki, turnir Bakı İdman Sarayında keçirilir.

writer photo
Əlirza Əlirzalı
0