Karlsen və Polqar tarixin ən yaxşıları seçildi
20.09.2024 - 15:30
Karlsen və Polqar tarixin ən yaxşıları seçildi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) norveçli Maqnus Karlsen və macar Yudit Polqarı şahmat tarixinin ən yaxşı oyunçuları olaraq tanıyıb.

Apasport.az xəbər verir ki, hər iki qrossmeyster Budapeştdə FIDE-nin 100 illik yubileyinə həsr olunmuş qala gecəsində mükafatlandırılıb.

Yudit Polqar 2014-cü ildə karyerasını başa vurmasına baxmayaraq, 1989-2015-ci illərdə FIDE-nin qadın şahmatçıları arasında reytinq cədvəlinə liderlik edib. Macarıstan milli komandası ilə 1988 və 1990-cu illərdə Ümumdünya Şahmat Olimpiadasında qızıl medal, kişilərdən ibarət komandada isə iki dəfə gümüş medal qazanıb.

Maqnus Karlsen isə 2013-2023-cü illərdə dünya çempionu olub və bu titulu dörd dəfə ardıcıl olaraq müdafiə edib. 2023-cü ildə isə o, könüllü olaraq titulun beşinci müdafiəsindən imtina edib və həmin il rusiyalı Yan Nepomnyaşini məğlub edən çinli Dinq Liren şahmat tacına sahib olub.

writer photo
Əlirza Əlirzalı
0