Bu gün qadın şahmatçılar arasında Avropa çempionatında II turun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, Rodos adasında keçirilən yarışda Azərbaycanın 10 zəka sahibi də mübarizə aparır.
Onlardan 8-i turu qələbə ilə başa vurub. 1 şahmatçımız xalı böldüyü halda, yalnız 1-i məğlubiyyətə üzülüb.
Qeyd edək ki, Avropa çempionatında 183 şahmatçı mükafatlar uğrunda mübarizə aparır.
Avropa çempionatı, Qadınlar
II tur
Aleksandra Lax (Polşa) - Günay Məmmədzadə - 0:1
Gövhər Beydullayeva – Adela Velikiç (Serbiya) - 1:0
Mariya Manko (İsveçrə) - Ülviyyə Fətəliyeva - 0:1
İnes Prado Açebo (İspaniya) - Xanım Balacayeva - 0,5:0,5
Səbina İbrahimova – Juliya Antolak (Polşa) - 0:1
Gülnar Məmmədova – Ancelika Valkova (Ukrayna) - 1:0
Marta Dakiç (Serbiya) - Ayan Allahverdiyeva - 0:1
Diana Tuktamışova (Moldova) - Ləman Hacıyeva - 0:1
Eleni Nefeli Revelioti (Yunanıstan) - Nərmin Abdinova - 0:1
Səbina Rzalı – Rengina Tsampika Kaka (Yunanıstan) - 1:0
Xal durumu: 1-15. Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə - 2 xal, 15-18. Gövhər Bəydullayeva - 2, 25-34. Xanım Balacayeva - 1,5, 55-66. Gülnar Məmmədova - 1,5, 76-104. Səbinə İbrahimova, Ləman Hacıyeva, Səbina Rzalı - 1, 108-116. Ayan Allahverdiyeva, Nərmin Abdinova – 1.