Şahmatçımız Fransa çempionu oldu
10.06.2024 - 13:19
Azərbaycan şahmatçısı Rauf Məmmədov Fransa çempionu olub.
Apasport.az Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 8 komandanın iştirak etdiyi birincilik 7 turdan ibarət olub.
Rauf Məmmədovun heyətində çıxış etdiyi "Chartres Echecs" 30 xalla bütün rəqiblərini qabaqlayıb. Millimizin üzvü 6 oyunda 2 qələbə qazanıb, 4 dəfə heç-heçəyə razılaşıb. Çempion komandanın kapitanı Fransada yaşayan azərbaycanlı şahmatçı Namiq Quliyev olub.
Qeyd edək ki, 29 xal toplayan "Bischwiller" ikinci, 27 xala malik "Asnieres le Grand Echiquer" komandası üçüncü yeri tutub.
0
0