"Beşiktaş"lı futbolçu meydana sonradan çıxıb dubl edən ilk niderlandlı oldu
10.12.2022 - 02:40
"Beşiktaş"lı futbolçu meydana sonradan çıxıb dubl edən ilk niderlandlı oldu

Niderland millisinin hücumçusu Vaut Vexorst milli komandanın dünya çempionatı üzrə yeni rekordunu müəyyənləşdirib.

Apasport.az xəbər verir ki, "Beşiktaş"da icarə əsasında çıxış edən futbolçu əvəzetmədən meydana çıxdıqdan sonra dubl edən ilk niderlandlı olub.

30 yaşlı hücumçu Argentina ilə 1/4 final matçının 78-ci dəqiqəsində Memfis Depayı əvəzləyib. Wexorst 83 və 90+11-ci dəqiqələrdə qol vuraraq hesabın bərabərləşməsinə səbəb olub.

Qeyd edək ki, Niderland millisi DÇ-2022-nin yarımfinal mərhələsinə vəsiqə qazana bilməyib. Onlar penaltilər seriyasında Argentinaya uduzub (3:4).

writer photo
Əlirza Əlirzalı
0