Osimhendən A seriyası rekordu
05.05.2023 - 10:48
Osimhendən A seriyası rekordu

“Napoli”nin futbolçusu Viktor Osimhen rekord qırıb.

Apasport.az saytı xəbər verir ki, 24 yaşlı hücumçu buna  İtaliya A seriyasının XXXIII turunun "Udineze" ilə qarşılaşmasında fərqlənməklə nail olub.

1:1 hesablı bərabərliklə bitən görüşdə komandasına 1 xalı qazandıran yeganə qolu vuran nigeriyalı forvard qollarının sayını 22-yə çatdırıb. Osimhen bu nəticə ilə A seriyasında ən çox fərqlənən afrikalı adını ələ keçirib. O, 2010/11 mövsümündə "İnter"in heyətində 21 qol vuran Samuel EtoOnun rekordunu yeniləyib. 

Qeyd edək ki, 2020-ci ildə Neapol klubuna transfer edilən Viktor cari mövsümdə 34 matçda meydana çıxaraq 27 qol və 5 assistlə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0