“Qalatasaray” Avropa futbolunun ZİRVƏSİNDƏ
26.01.2023 - 13:48
“Qalatasaray” Avropa futbolunun ZİRVƏSİNDƏ

Türkiyənin “Qalatasaray” klubu Avropa futbolunun zirvəsinə yüksəlib.

Apasport.az saytı xəbər verir ki, İstanbul təmsilçisi son 10 oyunda 28 xal toplamaqla bunu bacarıb. 

“Sarı-qırmızılar” bu göstərici ilə “köhnə qitə”nin 10 aparıcı liqaları arasında rekord müəyyənləşdiriblər. Super Liqada 94 gündür məğlub olmayan “Cim-bom”u 27 xalla Belçika” Genk”i və İtaliya “Napoli”si izləyir.

İspaniyadan “Barselona” və İtaliyadan “Yuventus” isə son 10 oyunda 25 xal toplaya bilib.

Qeyd edək ki, Türkiyə çempionatında 19 matçdan 45 xalla turnir cədvəlinə başçılıq edən “Qalatasaray” ən yaxın rəqibi “Fənərbaxça”nı 4 xal qabaqlayır. Komanda bu qarşılaşmalarda 14 qalibiyyət, 3 heç-heçə və 2 məğlubiyyət alıb. Rəqib qapılarına 38 qol vuran “sarı-qırmızılar” 14 top buraxıblar.

writer photo
Əlirza Əlirzalı
0