Ronaldo və şərikləri
09.11.2022 - 12:00
Ronaldo və şərikləri

Qətərdə keçiriləcək DÇ-2022-nin startı ərəfəsində mundiallarda hesabı daha çox oyunda açan futbolçuların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, İFFHS-in tərtib etdiyi cədvəldə üçhakimiyyətlilikdir.

İtaliyalı Kristian Vyeri, braziliyalı Ronaldo və ispaniyalı David Vilya hərəyə 6 matçın ilk qolunu vurub. Sonuncular hərəyə üç, apenninli isə iki dünya çempionatında bunu bacarıb.

Digər italiyalı Salvatore Skilaççi bir mundialın beş oyununda hesabı açan yeganə futbolçudur. Eyni sayda görüşdə ilk qola imza atan Tomas Müller karyerasını hələ də davam etdirir. Onlar kimi polşalı Qjqoj Lyato və italiyalı Paolo Rossi də beş qarşılaşmada hesabı açmağa müyəssər olub.

Qeyd edək ki, Qətərdəki mundial noyabrın 20-də başlayacaq.
 

writer photo
Əlirza Əlirzalı
0