Ronaldo zirvədə - Müllerin rekordunu qırdı
01.08.2023 - 10:32
Kriştiano Ronaldo daha bir rekord yeniləyib.
Apasport.az saytı xəbər verir ki, portuqaliyalı superulduz futbol tarixində rəsmi matçda ən çox qol vuran oyunçu ünvanına sahib olub.
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun şərəfini qoruyan 38 yaşlı hücumçu ərəb Çempionlar Kubokunun qrup mərhələsinin II turunun “Monastir”a (4:1) qarşı matçında fərqlənib. Bununla da qollarının sayını 145-ə çatdıran forvard əfsanəvi Gerd Müllerin (144 qol) rekordunu yeniləyib.
Qeyd edək ki, siyahıda üçüncü yerdə ispaniyalı veteran futbolçu Santillana (125 qol), dördüncü pillədə isə Pele (124) qərarlaşıb.
0
0