Tarixdə 60-cı, “Qarabağ” üçün 21-ci - Statistika
27.09.2024 - 13:56
Tarixdə 60-cı, “Qarabağ” üçün 21-ci - Statistika

“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunda “Tottenhem”ə 0:3 hesabı ilə məğlub olub.

Apasport.az saytının məlumatına görə, bu, Azərbaycan klublarının avrokuboklar tarixində 60-cı böyükhesablı məğlubiyyəti kimi yadda qalıb.

Ağdamlılar üçün Londondakı məğlubiyyət 21-ci belə uğursuzluq olub. “Köhlən atlar” bu baxımdan bütün klubları “üstələyir”.

“Qarabağ” evdə 8, səfərdə isə 13 dəfə uduzub. Komandanın ən böyükhesablı uğursuzluğu 0:6-dır ki, bu hesab tarixdə 3 dəfə təkrarlanıb. Həmin görüşlərin 3-ü də səfərdə keçirilib. Ağdamlılar üçün “Kopenhagen”, “Monpelye” və “Çelsi” qarşısıalınmaz olub. 

“Köhlən atlar”ı siyahıda “Neftçi” və “Qəbələ” izləyir. Bakılıların hesabında 9, “qırmızı-qaralar”ın aktivində isə 5 belə məğlubiyyət var.

Avropada böyükhesabla məğlub olan komandalarımız: 

1. “Qarabağ” - 21
2. “Neftçi” - 9
3. “Qəbələ” – 6
4-5. “Kəpəz” - 4
“İnter” (digər adı ilə “Keşlə”) - 4
6. “Şəmkir” - 3
7-10.  “Bakı” - 2
“Şəfa” - 2
“Xəzər Lənkəran” – 2
”Zirə” - 2
11-15. “Turan” - 1
“Xəzri” - 1
“Viləş” - 1
“Simurq” – 1
”Sabah” – 1

İsmayıl Xeyrullayev

writer photo
Əlirza Əlirzalı
0