Parataekvondo yığmamız 2 medala sahib çıxıb
19.05.2024 - 23:30
Parataekvondo yığmamız 2 medala sahib çıxıb

Azərbaycan parataekvondo yığması açıq Asiya çempionatında 2 medal qazanıb.

Apasport.az xəbər verir ki, çempionat Vyetnamın Dananq şəhərində keçirilib.

Sabir Zeynalov (58 kq) yalnız finalda uduzaraq fəxri kürsünün ikinci pilləsinə yüksəlib. K-44 kateqoriyasında çıxış edən parataekvondoçu 1/8 finalda Nepal, 1/4 finalda İran, 1/2 finalda Fransa təmsilçisini məğlub edərək həlledici görüşə vəsiqə qazanıb. O, həlledici görüşdə Çin Taypeyindən olan rəqibinə uduzaraq, gümüş medala yiyələnib.

Əbülfəz Abuzərli (80 kq, K-44) isə çempionatı bürünc mükafatla bitirib. İlk görüşdən azad olan parateakvondoçu 1/4 finalda qazaxıstanlı rəqibinə qalib gəlib. Lakin Abuzərli zədə səbəbindən yarımfinal görüşünə çıxmayıb və çempionatda 3-cü yeri tutub.

writer photo
Əlirza Əlirzalı
0