25 oyunda 23 qələbə
01.06.2023 - 23:28
İqa Şvyontek Rollan Qarrosda 23-cü qələbəsini qazanıb.
Apasport.az saytı xəbər verir ki, polşalı tennisçi 25 oyunda bu göstəriciyə nail olub.
2019-cu ildə Parisdə ilk oyunu keçirən Şvyontek yalnız bu baxımdan yalnız iki tennisçidən geri qalır. Amerikalı tennisçilər Kris Evert və Monika Seleş ilk 25 matçda 24 qələbə qazanıblar.
Qeyd edək ki, İqa 2020 və 2022-ci illərdə Rollan Qarrosun qalibi olub.
0
0