Uimbildon-2024-də kişilər arasında final matçı keçirilib.
Apasport.az xəbər verir ki, həlledici görüşdə Novak Cokoviç və Karlos Alkaras üz-üzə gəliblər.
Ötən il finalda qarşılaşan tennisçilərin duelində Alkaras çempion tituluna yiyələnib. "Böyük Dəbilqə" turnilərinin 24 qat qalibi Cokoviçin revanş arzusu reallaşmayıb. İspaniyalı tennisçi 3 setdə qalib gələrək ardıcıl 2-ci dəfə Londonda qalib olub.
Bununla da Alkaras 4-cü titulunu qazanıb. O, 2022-ci ildə US Open, bu il isə "Rolan Qarros"da bütün rəqiblərin qalib gəlib.
Uimbildon-2024, Kişilər
Final
Karlos Alkaras (İspaniya) - Novak Cokoviç (Serbiya) – 3:0 (6:2, 6:2, 7:6 (7:4))