Stolüstü tennis üzrə ölkə birinciliyi start götürüb
01.05.2024 - 23:16
Stolüstü tennis üzrə ölkə birinciliyi start götürüb

Bu gün yeniyetmə və gənc stolüstü tennisçilər arasında ölkə birinciliyinə start verilib.

Apasport.az xəbər verir ki, yarış 2 yaş qrupu üzrə keçirilir.

"Şüa" İdman Kompleksində keçirilən yarışda 2005-2008-ci illər və 2009-cu il və daha kiçik təvəllüdlü stolüstü tennisçilər mübarizə aparırlar. Birincilikdə ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən idmançılar bacarıqlarını göstərirlər. İştirakçılar komanda, şəxsi, qoşa və qarışıq qoşa növlərində qüvvələrini sınayırlar.

İlk gündə komanda yarışının nəticələri bəlli olub. 2005-2008-ci il təvəllüdlu qızlar arasında Sumqayıt, oğlanlarda isə arasında Bakı-1 komandaları qalib gəliblər.

2009-cu il və daha kiçik təvəllüdlu qızların mubarizəsində Bakı-1, oglanların yarışında isə Şabran komandası fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.

Qeyd edək ki, turnir mayın 4-də yekunlaşacaq.

writer photo
Əlirza Əlirzalı
0