Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalanıb
24.04.2024 - 17:58
Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalanıb.
Apasport.az quruma istinadla xəbər verir ki, sənədi AVF-nin prezidenti Şahin Bağırov və ölkəmizdə səfərdə olan GVF-nin prezidenti Georgi Kartvelişvili imzalayıblar.
Anlaşmada iki ölkənin federasiyaları arasında qarşılıqlı əməkdaşlıq istiqamətində müxtəlif layihələrin həyata keçirilməsi əksini tapıb. Tədbirdə bildirilib ki, imzalanan sənəd Azərbaycan və Gürcüstan arasında voleybol sahəsində əməkdaşlığın genişləndirilməsinə müsbət təsir göstərəcək.
- Azərbaycanın ən güclü yeniyetmə boksçuları müəyyənləşdi - FOTOLENT
- “Qalatasaray”dan Sloveniyada inamlı qələbə
- Azərbaycan çempionatında 1/4 final mərhələsi başa çatdı
- Kevin Medina: “Böyük liqalarda həyata keçirəcəyim arzularım var”
- Rusiyalı mütəxəssis: “Bakıda piyada ancaq sürətlə qaçaraq yolu keçə bilər”
0
0