Avropa Voleybol Konfederasiyası növbəti dəfə həmyerlilərimizə etimad göstərib.
Apasport.az xəbər verir ki, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov və AVF-nin Beynəlxalq əməkdaşlıq üzrə meneceri Nərgiz İsmayılova avrokubok yarışlarına təyinat alıblar.
E.Zülfüqarov kişi voleybolçular arasında Çempionlar Liqasında C qrupunda mübarizə aparan “Halkbank ANKARA” (Türkiyə) və “Gas Sales Daiko PIACENZA” (İtaliya) komandalarının matçını idarə edəcək. Qarşılaşma yanvarın 10-da yerli vaxtla saat 20:00 “TVF Sport Complex Baskent Sports Hall”da keçiriləcək.
İsmayılova da kişi voleybolçular arasında Çempionlar Liqasına təyinat alıb. O, yanvarın 10-da B qrupunda baş tutacaq “ACH Volley ” (Sloveniya) və “TRENTINO İtas” (İtaliya) komandalarının oyununda hakimlərin işinə qiymət verəcək.