Azərbaycanlı supervayzer Türkiyə klubunun oyununa təyinat aldı
20.02.2024 - 15:36
Azərbaycanlı supervayzer Türkiyə klubunun oyununa təyinat aldı

Azərbaycan Voleybol Federasiyasının (AVF) Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avropa İdman Təşkilatı Komissiyasının üzvü Mixail Frişmana növbəti dəfə etimad göstərilib.

Apasport.az xəbər verir ki, həmyerlimiz qurum tərəfindən kişi voleybolçular arasında CEV Kubokunun yarımfinal matçına təyinat alıb.

O, fevralın 21-də Türkiyənin İzmir şəhərində keçiriləcək “Arkas" və “Lüneburq” (Almaniya) klublarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Qarşılaşmanın hakimləri bolqarıstanlı Atanas Varbanov və çexiyalı Zdenek Qrabovski olacaq.

writer photo
Əlirza Əlirzalı
0