Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatına yekun vurulub.
Apasport.az xəbər verir ki, Yüksək Liqanın final matçında “Azərreyl” “Abşeron”u sınağa çəkib.
Son iki mövsümün çempionlarının dueli gərgin mübarizə şəraitində keçib. Bakı İdman Sarayında təşkil olunan qarşılaşmanın taleyi 4 setdə həll olunub. Ötən mövsümün çempionu “Azərreyl” 3:1 hesablı qələbə ilə titulunu qoruyub.
Qeyd edək ki, qadınların çempionatında 3-cü yeri “Gəncə”yə üç setdə qalib gələn “Murov Az Terminal” tutub.
Yüksək Liqa, qadınlar
Final
23 aprel
16:00. “Azərreyl” - “Abşeron” - 3:1 (25:13, 15:25, 25:21, 25:21)