Voleybol üzrə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təşkil olunan ölkə kubokunda kişilərin mübarizəsində bu gün növbəti oyunlar keçirilib.
Apasport.az xəbər verir ki, günün ilk görüşü Sumqayıt OİK-də baş tutub.
Burada "Gənclər" və "Azərrəyl" komandaları üz-üzə gəlib. Bu oyundan "Azərrəyl" 3:0 hesabı ilə qalib ayrılıb.
Günün ikinci matçı "Xilasedici" və MOİK klubları arasında olub. GİN-nin Voleybol Mərkəzində təşkil olunan bu qarşılaşmada "Xilasedici" komandası 3:0 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, kişilərin mübarizəsində son qrup qarşılaşmaları oktyabrın 31-də keçiriləcək.
29 oktyabr
A qrupu
"Gənclər" - "Azərrəyl" - 0:3 (13:25, 6:25, 19:25)
B qrupu
"Xilasedici" - MOİK - 3:0 (25:21, 25:9, 25:10)
- "Qarabağ"dan inamlı qələbə - YENİLƏNİB
- Ramal Hüseynov: “Şeydayev “Kocaelispor”da özünü gözəl hiss edəcək” - Müsahibə
- Azərbaycan birinciliyində 4 çəki dərəcəsində 1/4 finalçılar bəlli oldu
- “Borussiya” ÇL-in finalında uduzsa, daha yüksək məbləğ qazanacaq
- "Neftçi"nin yenilənmiş stadionu təqdim edilib - VİDEO