Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün avrokuboklarda mübarizəyə başlayıb.
Apasport.az saytının məlumatına görə, Super Liqanın gümüş medalçısı yeni mövsümdə Çelenc kubokunda qüvvəsini sınayır.
Eldar Yusubovun baş məşqçisi olduğu komanda yarışa 1/32 finaldan start verib. Bakı klubunun ilk rəqibi Slovakiya təmsilçisi “Slaviya” olub.
Komandalar arasında ilk matç Bakıda baş tutub. “Azərreyl” ilk iki setdə rəqibi üzərində qələbə qazanıb. Üçüncü hissədə uduzan təmsilçimiz növbəti setdə rəqibindən üstün olub – 3:1
Qarşılıqlı razılaşma ilə sabah baş tutacaq cavab görüşü də Bakıda Voleybol Mərkəzində keçiriləcək. “Azərreyl” bu matça nominal qonaq qismində çıxacaq.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması saat 18:00-da başlayacaq.
Çelenc kuboku, qadınlar
1/32 final
29 noyabr
18:00. “Azərreyl” (Azərbaycan) – “Slaviya” (Slovakiya) - 3:1 (25:20, 25:19, 19:25, 25:20)
Bakı, Voleybol Mərkəzi
- Azərbaycan millisi Türkiyədə birgə təlim-məşq toplanışı keçirib - VİDEO
- Xavi və Pioli "Roma"nın təklifini rədd edib
- Azər Bağırov: "Neftçi" "Sabah"a uduzsa, avrokuboklardan kənarda qala bilər" - Müsahibə
- “Qarabağ”dan ən böyük uğursuzluq – Çempionlar Liqasında
- Stolüstü tennisçilərimizdən beynəlxalq turnirdə uğurlu nəticə