“Milli Aviasiya Akademiyası” heyətinə 2 yeni voleybolçu qatıb
29.05.2024 - 20:31
“Milli Aviasiya Akademiyası” heyətinə 2 yeni voleybolçu qatıb

Qadın voleybolçulardan ibarət “Milli Aviasiya Akademiyası” heyətinə yeni oyunçular qatıb.

Apasport.az xəbər verir ki, “tələbələr” iki voleybolçu ilə güclənib.

Hücumçu Leyla Parşkova yeni mövsümdə “Milli Aviasiya Akademiyası”nda çıxış edəcək. Onun əvvəlki klubu “Gəncə” olub.

Mariana Abuyeva da “tələbələr”ə qoşulub. O, UNEC-dən yeni komandasına keçib.

Qeyd edək ki, “Milli Aviasiya Akademiyası” ötən mövsümdə 5-ci yeri tutub.

writer photo
Əlirza Əlirzalı
0