Qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, Faiq Qarayevin yetirmələri Xorvatiya ilə üz-üzə gəlib.
Matç Qızıl Avropa Liqası çərçivəsində baş tutub. Yığmamız Osiyekdə təşkil olunan turnirin ilk görüşündə meydan sahiblərini asanlıqla məğlub edib. Millimiz hər 3 setdə xorvatlardan güclü olub.
Qeyd edək ki, ikinci matçına sabah çıxacaq komandamız Slovakiya ilə qarşılaşacaq.
Qızıl Avropa Liqası (qadınlar)
I mərhələ
17 may
21:00. Azərbaycan – Xorvatiya - 3:0 (25:19, 25:19, 25:22)
Hakimlər: Bernard Valentar (Sloveniya), Mari-Katerin Bulanger (Belçika)
Osiyek Şəhər Təlim İdman Zalı