16 yaşlı futbolçu "Mançester Siti"də debüt edib
25.09.2024 - 12:16
“Mançester Siti” İngiltərə Kubokunda “Uotford”u məğlub edib – 2:1.
Apasport.az xəbər verir ki, “şəhərlilər”in heyətində Keyden Breytueyt debüt edib. O, matça start heyətdə çıxıb.
Keyden XXI əsrdə “Mançester Siti”də debüt edən ən gənc oyunçu olub. Müdafiəçinin ilk matçı 16 yaş 229 günlüyünə təsadüf edib.
“Mançester Siti” “Uotford”u məğlub edərək 1/8 finala yüksəlib.
0
0