25 milyonluq təklif 
11.12.2023 - 16:04
25 milyonluq təklif 

“Zenit” “San-Paulu”nun müdafiəçisi Lukas Beraldo Bispo üçün 25 milyon avro təklif edə bilər.

Apasport.az xəbər verir ki, “mavi-ağ-göylər” 20 yaşlı oyunçusu təklif göndərməyə hazırlaşır.

Danışıqlarda razılıq əldə olunsa, braziliyalı oyunçu gələn mövsüm “Zenit”in formasını geyinəcək.

Qeyd edək ki,  “San-Paulu”nun yetirməsi olan Lukas 2022-ci ildən əsas komandada çıxış edir. Müdafiəçi “üçrənglilər”in əsas komandasında 2022-ci il mayın 25-də Perunun “Ayakuço” klubu ilə Cənubi Amerika kuboku matçında debüt edib.
 

writer photo
Əlirza Əlirzalı
0