28 illik rekord təkrarlandı
05.11.2022 - 09:30
28 illik rekord təkrarlandı

İspaniya La Liqasının XIII turunda “Jirona” ilə keçirilən oyun “Atletik”in hücumçusu İnyaki Uilyams üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, komandası 1:2 hesabı ilə məğlub olan 28 yaşlı forvard İspaniya çempionatında fasiləsiz 246-cı oyununa çıxıb.

Bu göstəriciyə görə, qanalı 1987-ci ildən 1994-cü ilə qədər “Ayntraxt”ın heyətində eyni sayda matçda iştirak etmiş Manferd Bintsə çatıb və “böyük beşlik”dən kənar ölkə nümayəndələri arasında 28 illik rekordu təkrarlayıb.

Qeyd edək ki, karyerası ərzində yalnız “Atletik”in formasını geyinmiş İnyaki Uilyams ümumilikdə 384 oyunda 101 qol vurub, 56 məhsuldar ötürmə verib.
 

writer photo
Əlirza Əlirzalı
0