305 günlük həsrətə “Qalatasaray”da son
24.10.2022 - 13:16
305 günlük həsrətə “Qalatasaray”da son

“Qalatasaray”ın futbolçusu Mauro İkardinin qol həsrəti sona çatıb.

Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu Superliqanın XI turunun “Alanyaspor”la qarşılaşmasında (2:2) fərqlənib.

Bu, Mauronun nəinki “Qalatasaray”da, ümumiyyətlə 2022-ci ildə ilk qolu olub. O, sonuncu dəfə 2021-ci il dekabrın 22-də PSJ-nin heyətində qol sevinci yaşayıb. İkardi “Loryan”la matçdan (1:1) sonra 305 günlük həsrətlə üzləşib.

Qeyd edək ki, PSJ-nin “Qalatasaray”a icarəyə verdiyi Mauro 3 oyun keçirib.

writer photo
Əlirza Əlirzalı
0