34 yaşında debüt qolu
15.10.2023 - 02:07
34 yaşında debüt qolu

Cakomo Bonaventura İtaliya yığmasının tarixinə düşüb.

Apasport.az saytı xəbər verir ki, o, 34 yaşında milli komandanın heyətində ilk qolunu vurub.

Bonaventura AVRO-2024-ün seçmə mərhələsində Maltanın qapısına yol tapıb. Bu uğur onun “Skaudra Azurra”nın heyətində  keçirdiyi 15-ci oyuna təsadüf edib. Bonaventura İtaliya yığmasının heyətində debüt qolunu vuran ən yaşlı futbolçu olub.
 

writer photo
Əlirza Əlirzalı
0