50 yaşınadək oynaya biləcəyini açıqladı
18.09.2022 - 00:32
50 yaşınadək oynaya biləcəyini açıqladı

Braziliya millisinin və “Barselona”nın sabiq futbolçusu Dani Alvesin gələcək karyerası ilə bağlı planları bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu Meksikada “Pumas”ın formasını geyinən müdafiəçinin özü açıqlayıb.

O bildirib ki, futbolla vidalaşmaq fikrində deyil: “Gələcək haqda fikirləşməyi sevmirəm. Çünki bunu bilmək mümkün deyil. Amma Messi mükafat sayında məni keçsə, 50 yaşınadək oynayaram”.

Qeyd edək ki, 46 titul qazanan Dani dünya rekordçusudur. Lionel Messi 41 mükafat qazanıb.
 

writer photo
Əlirza Əlirzalı
0