A seriyası klubunda baş məşqçi istefası
28.06.2022 - 18:51
İtaliya klubu “Speziya”da baş məşqçi istefası olub.
Apasport.az saytının məlumatına görə, Tyaqo Motta rəhbərlik tərəfindən istefaya göndərilib.
Tərəflər müqavilənin ləğvi şərtləri barədə artıq razılığa gəliblər. A seriyası təmsilçisi 40 yaşlı braziliyalı mütəxəssislə yollarını ayırdığını tezliklə açıqlayacaq. Onu bu postda Luka Qotti əvəzləyəcək. Klub Qotti ilə müqavilənin bütün detallarını müzakirə edib.
Qeyd edək ki, “Speziya” ötən mövsüm A seriyasında 36 xalla 16-cı yeri tutub.
0
0