A Seriyasında komanda sayı azaldılır
10.01.2024 - 11:46
A Seriyasında komanda sayı azaldılır

İtaliya çempionatında dəyişikliklər ola bilər.

Apasport.az xəbər verir ki, İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina yerli turnirlərdə islahatlara ehtiyac olduğunu açıqlayıb. 

O, martın 11-nə qurumun növbədənkənar iclasını təyin edib. Yanvarın 26-da isə klublarla birlikdə liqalarda komandaların sayının mümkün azaldılmasının müzakirə olunacağını açıqlayıb.

Federasiya rəhbəri A Seriyasında komanda sayının 18 olmasını (hazırda 20 komnadadır) istəyir. Bu, növbəti mövsümdən Çempionlar Liqasının qrup mərhələsində oyunların sayının artması, 2025-ci ilin yayından isə klublararası dünya çempionatının 32 komanda ilə keçirilməsi ilə bağlıdır. 

Qeyd edək ki, İtaliya A Seriyası təmsilçilərinin əksəriyyəti hazırkı formatın saxlanılmasını istəyirlər. Qaydalara əsasən qərarın qüvvəyə minməsi üçün ən az 14 klub dəyişikliyin lehinə səs verməlidir. 

writer photo
Əlirza Əlirzalı
0