Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:
20 iyun 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilməli olan “Kəpəz” PFK – “Zirə” PFK oyunu “Zirə” PFK komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün “Zirə” PFK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 63.1);
22 iyun 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən “Atletico Baku” FK – “Masallı” PFK oyununda “Masallı” PFK komandasının heyətində turu buraxmalı olan Ruslan Abdulxalıqov iştirak etdiyinə görə “Masallı” PFK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 61.1);
22 iyun 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən “Neftçi” PFK – “Qarabağ” FK oyununda “Neftçi” PFK komandasının heyətində 4 nömrəli futbolçu Kamil Məmmədov qarşılaşmanın 60-cı dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 41);
22 iyun 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən “Neftçi” PFK – “Qarabağ” FK oyununda “Neftçi” PFK komandasının heyətində 2 nömrəli futbolçu Rauf Abbaslı qarşılaşma bitdikdən sonra təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılsın (maddə 40.2);
15 iyun 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən “Qarabağ” FK – “Neftçi” PFK oyununda “Qarabağ” FK komandasının heyətində 1 nömrəli futbolçu Bilal Hacıyev qarşılaşmanın 48-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 41);
15 iyun 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “Vətən” – “Qarabağ” FK oyunu bitdikdən sonra “Vətən” komandasının 22 nömrəli futbolçusu Tuncay Camalov hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə cəzalandırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 42.2).