Alaba müalicəsini vətənində davam etdirəcək
26.01.2024 - 17:51
Alaba müalicəsini vətənində davam etdirəcək

David Alaba Avstriyaya gedib.

Apasport.az xəbər verir ki, dizindən aldığı zədəni sağaltmaqla məşğul olan “Real”ın müdafiəçisi vətəninə qayıdıb.

Klub həkimlərinin icazəsi ilə evinə geri dönən 32 yaşlı futbolçu bərpa prosesini ölkəsində davam etdirəcək.   

Mərkəz müdafiəçisi fevralın ortalarına qədər Avstriyada qalacaq. Alabanın iyun-iyul aylarında Madridə geri dönəcəyi bildirilir.

Qeyd edək ki, 2021-ci ilin yayından “Real”ın şərəfini qoruyan Avstriya millisinin üzvü bu mövsüm La Liqa və Çempionlar Liqasında 17 oyunda iştirak edib, 2 məhsuldar ötürmə ilə fərqlənib.

writer photo
Əlirza Əlirzalı
0