Albaniya millisi baş məşqçisi ilə müqaviləni uzadıb
25.07.2024 - 13:17
Albaniya millisi baş məşqçisi ilə müqaviləni uzadıb

Albaniya millisi baş məşqçisi Silvinyo ilə müqavilə müddətini uzadıb.

Apasport.az xəbər verir ki, bu barədə Albaniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 50 yaşlı mütəxəssis 2025-ci ilin sonuna kimi albanlara rəhbərlik edəcək.

Albaniya millisi braziliyalı çalışdırıcının rəhbərliyi altında Almaniyada keçirilən son Avropa çempionatında iştirak edib. Komanda İspaniya, İtaliya və Xorvatiyanın yer aldığı qrupda 1 xal toplayaraq sonuncu olub.

Qeyd edək ki, Silvinyo 2023-cü ilin yanvarından bu vəzifədə çalışır.

writer photo
Əlirza Əlirzalı
0