Alleqri Ançelottinin rekordunu qırdı
01.01.2024 - 09:59
Alleqri Ançelottinin rekordunu qırdı

İtaliya çempionatının 18-ci turunda "Yuventus" növbəti qələbəsini minimal üstünlüklə qazanıb.

Apasport.az xəbər verir ki, bu nəticə ilə Turin klubunun baş məşqçisi Massimiliano Alleqri Karlo Ançelottinin daha əvvəl sahib olduğu rekordu yeniləyib.

Bu, Alleqri üçün A Seriyasında minimal üstünlüklə qalib gəldiyi 76-cı qələbə olub. İtaliya futbolunda “Parma”, “Milan”, “Napoli” kimi klublarda çalışmış Ançelottinin isə 75 belə qalibiyyəti var. 

writer photo
Əlirza Əlirzalı
0