Aller nəyin xərçəng diaqnozundan ağır olduğunu dedi
28.09.2023 - 21:49
Aller nəyin xərçəng diaqnozundan ağır olduğunu dedi

“Borussiya”nın hücumçusu Sebstyan Aller ötən mövsümdə qaçırılan çempionluq barəsində danışıb.

Apasport.az saytı xəbər verir ki, forvard bundesliqadakı uğursuzluğun üzləşdiyi xəstəlikdən daha pis olduğunu qeyd edib.

“Çempionluğu əldən vermək, xərçəng diaqnozundan daha çox mənə təsir etdi. Bunu qəbul etməli və öhdəsindən gəlməlisən. Titul qazanmaq öz əlimizdə idi, amma bunu bacarmadıq. Ağır olsa da, etiraf edim ki, biz ciddi səhvlər buraxdıq”, deyə Allar açıqlayıb.

Qeyd edək ki, ötən mövsümün son turunda Dortmund klubu öz meydanında “Maynts”la (2:2) görüşdə xal itirirək, çempion titulunu əldən vermişdi.
 

writer photo
Əlirza Əlirzalı
0