Almaniya klubundan 15 milyonluq transfer
21.07.2023 - 13:43
Almaniya klubundan 15 milyonluq transfer

“Fənərbaxça”nın futbolçusu Attila Salai karyerasını Almaniyada davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, Macarıstan millisinin müdafiəçisi “Hoffenhaym”a transfer olunacaq.

Keçid 15 milyon avroya gerçəkləşəcək. Futbolçu 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Salai ötən mövsümün 52 matçında 3 qola imza atıb.
 

writer photo
Əlirza Əlirzalı
0