Amorim "Sportinq"lə vidalaşıb
11.11.2024 - 09:00
Portuqaliyalı mütəxəssis Ruben Amorim “Sportinq”i son oyun oyuna çıxarıb.
Apasport.az xəbər verir ki, Lissabon təmsilçisi səfərdə “Braqa” ilə qarşılaşıb. Matç “Sportinq”in qələbəsiylə başa çatıb – 4:2.
Bu, Amorimin Portuqaliya klubundakı sonuncu oyunu olub. Mütəxəssis bundan sonra “Mançester Yunayted”ə rəhbərlik edəcək.
Portuqaliya klubu cari mövsümdə çempionatda 33 xalla liderdir.
Qeyd edək ki, Ruben “Sportinq”lə ötən mövsüm Portuqaliya çempionu olub.
0
0