Ançelottinin istəyi
27.11.2023 - 22:49
“Real” “Çelsi”dən icarəyə götürdüyü Kepa Arrisabalaqanın transfer hüququna almağı planlaşdırır.
Apasport.az xəbər verir ki, bunu İspaniya klubunun baş məşqçisi Karlo Ançelotti istəyib.
O, rəhbərlikdən Kepanı almağı xahiş edib. Buna ispan qapıçının uğurlu çıxışı səbəb olub.
29 yaşlı qolkiper “Real”da qalsa, ikinci qapıçı olması ilə barışacaq. Çünki madridlilərin “1 nömrə”si Tibo Kurtua zədədən qayıdacaq.
Qeyd edək ki, cari mövsüm La Liqada 10 matç keçirən Kepa 5 dəfə qapısını toxunulmaz saxlayıb.
0
0