"Antalyaspor"un israilli futbolçusu Türkiyədən deportasiya olunacaq
15.01.2024 - 13:44
"Antalyaspor"un israilli futbolçusu Türkiyədən deportasiya olunacaq

Türkiyənin "Antalyaspor" klubunun israilli futbolçusu Saqiv Yehezkel ölkədən deportasiya olunacaq.

Apasport.az İsrail mətbuatına istinadən xəbər verir ki, yanvarın 14-də keçirilən oyunda qola imza atan israilli futbolçu bunu Qəzzada 101 gündür ki, HAMAS tərəfindən saxlanılan israilli girovlara həsr etdiyini bildirib.

Buna cavab olaraq futbolçu Antalyada saxlanılıb və istintaqa cəlb edilib.

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Antalya Baş Prokurorluğunun Yehezkelə qarşı "ictimaiyyəti açıq şəkildə nifrət və düşmənçiliyə təhrik etmək" və "İsrailin Qəzzada həyata keçirdiyi qırğına dəstək" ittihamı ilə hüquqi araşdırma başlatdığını açıqlayıb.

Bu gün səhər isə Türkiyə məhkəməsi tərəfindən futbolçu azadlığa buraxılıb və ölkədən deportasiya olunacaq.

Futbolçu bildirib ki, bu hadisədən sonra onun "Antalyaspor" ilə müqaviləsi dayandırılıb.

writer photo
Əlirza Əlirzalı
0