Arda Gülərin oynayacağı vaxt dəqiqləşdi
20.09.2023 - 13:21
Arda Gülərin oynayacağı vaxt dəqiqləşdi

Zədəsini sağaldan Arda Gülərdən xəbər var.

Apasport.az saytı xəbər verir ki, 18 yaşlı oyunçu sentyabrın 25-dən etibarən “Real”la məşqlərə çıxacaq.

Gənc futbolçunun son durumu ilə bağlı “Kral klubu”nun baş məşqçisi Karlo Ancelotti açıqlama verib. Hücumameyilli yarımmüdafiəçinin özünü əla his etdiyini deyən italyan mütəxəssis, Ardanın bazar ertəsindən etibarən komandaya qoşulacağını açıqlayıb.

Qeyd edək ki, Madrid klubunun ABŞ toplanışı zamanı zədələnən türk futbolçu yayda “Fənərbaxça”dan transfer edilib.

writer photo
Əlirza Əlirzalı
0