“Arsenal” Saka ilə müqaviləni yenilədi
25.02.2023 - 17:18
“Arsenal” Saka ilə müqaviləni yenilədi

“Arsenal” Bukayo Saka ilə müqaviləni yeniləyib.

Apasport.az saytı xəbər verir ki, “topçular”ın 21 yaşlı futbolçu ilə yeni razılaşması 2027-ci ilə qədər nəzərdə tutulub.

İngiltərə millisinin üzvünün müqaviləsinin detalları açıqlanmayıb.

Qeyd edək ki, “Arsenal” komandasının öz yetirməsi olan Bukayo Saka 2019-cu ildən əsas komandanın heyətində çıxış edir. Futbolçu bu mövsüm 31 matçda iştirak edərək, 10 qol və 8 assistlə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0