"Arsenal"a transfer qadağası
11.01.2024 - 12:03
"Arsenal"a transfer qadağası

“Arsenal” gənc oyunçunun transferində problemlə üzləşib.

Apasport.az xəbər verir ki, İngiltərə klubu “Ayaks”ın 17 yaşlı futbolçusu Jorrel Hatonu bu ay heyətinə qata bilməyəcək.

Buna səbəb isə Premyer Liqa qanunlarıdır. Belə ki, ölkə xaricindən gələn futbolçunun işçi vizası alması üçün 18 yaşını tamamlaması lazımdır. Qaydaları pozmaq istəməyən London klubunun mərkəz müdafiəçisinin keçidini yaya qədər təxirə saldığı bildirilir. 

Qeyd edək ki, Niderland millisinin heyətində 1 matçda iştirak edən Haton mövsümün əvvəlindən etibarən əsas komandaya cəlb olunub. O, meydana çıxdığı 25 görüşdə 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0