“Arsenal”dan getdi
02.09.2023 - 12:33
“Arsenal”dan getdi

“Arsenal” daha bir futbolçu ilə yollarını ayırıb.

Apasport.az saytı xəbər verir ki, “topçular”ın müdafiəçisi Rob Holdinq "Kristal Pelas"a keçib.

27 yaşlı ingilis futbolçunun transferi ilə bağlı danışıqlar müsbət yekunlaşıb. Arxa xətt oyunçusu yeni komandası ilə 3 illik müqavilə imzalayıb. 

Qeyd edək ki, Holdinq 2016-cı ildən London klubunun şərəfini qoruyurdu.

writer photo
Əlirza Əlirzalı
0