"Arsenal"ın müdafiəçisi "Bavariya" yolunda
07.03.2024 - 15:07
"Arsenal"ın müdafiəçisi "Bavariya" yolunda

"Arsenal"ın sol cinah müdafiəçisi Aleksandr Zinçenko bir neçə klubun radarındadır. 

Apasport.az xəbər verir ki, "Bavariya" və "Nyukasl" Zinçenko ilə maraqlanır. Alfonso Devizin "Real"a transferi sonrası Münhen komandasına yeni sol cinah müdafiəçisi lazımdır.

"Arsenal" 27 yaşlı Zinçenko üçün 45 milyon avro istəyəcək.

 Qeyd edək ki, futbolçu Ukrayna millisinin şərəfini qoruyur. 

writer photo
Əlirza Əlirzalı
0