“Arsenal”ın yay planı
06.04.2023 - 16:43
“Arsenal”ın yay planı

“Arsenal” yayda heyətini müdafiəçi ilə gücləndirə bilər.

Apasport.az saytı xəbər verir ki, London klubu Almaniya “Volfsburq”undan Ridl Bakunu transfer etməyi planlaşdırır.

Almaniya vətəndaşı olan 24 yaşlı futbolçunun klubu ilə 2025-ci ilə qədər müqaviləsi olsa da, “topçular” müəyyən məbləğ qarşılığında bu keçidi həll edəcəklərinə inanırlar.

Qeyd edək ki, Baku davam edən mövsümdə Bundesliqada 26 matçda 5 qol ,1 assistlə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0