Aşkar favorit - PROQNOZ
01.06.2022 - 15:20
Aşkar favorit - PROQNOZ

DÇ-2022-nin pley-off mərhələsində Şotlandiya və Ukrayna üz-üzə gələcək.

Apasport.az saytının məlumatına görə, “Spartak”ın heyətində iki dəfə Rusiya çempionu olan Eduard Mor görüşə proqnoz verib.

Rusiyalı ekspert Qlazqodakı qarşılaşmanın aşkar favoritini açıqlayıb:

Mənim fikrimcə, burada favorit aydındır. Məsələ ondadır ki, şotlandiyalılar indi əla formadadır. “Reyncers” də Avropa Liqasında yaxşı oynadır. Digər futbolçular da yaxşı oyun praktikasına malikdir və qaça bilirlər. Üstəlik, onlar evdə oynayır ki, burada azarkeşlərin çılğın dəstəyi təmin edilib. Şotlandiya komandaları həmişə öz meydanında çox yaxşı oynayır.

Ukrayna millisinin əksər üzvləri Kiyev “Dinamo”su və “Şaxtyor”un futbolçularıdır. Onlar da çoxdan rəsmi matçlarda iştirak etmir. Bu üzdən yaxşı tonusda ola bilməzlər.

Bu da böyük problem olacaq. Bəli, komandanın böyük oyun praktikasına malik liderləri Zinçenko və Malinovski var. Yığmada pis təsir bağışlamayan, amma “Vest Hem”də çox az oynayan Yarmolenko, daimi oyun praktikası olmayan Yaremçuku da qeyd edim.

Mənə elə gəlir ki, şotlandiyalılar ilk dəqiqələrdən təzyiq göstərəcək və Ukrayna yığmasını sıxacaq. Çox maraqlı Britaniya derbisində Uelslə qarşılaşmaq üçün şotlandiyalılar qalib gəlməlidir.

Bu matçda isə mən Ukrayna yığmasının heç bir şansını görmürəm. Meydan sahiblərinin əsas vaxtda qalib gələcəyini təxmin edirəm.

Proqnozum: 1
 

writer photo
Əlirza Əlirzalı
0